Gürcüstan səhiyyə naziri vaksinasiyadan sonra yoluxdu


Dünya 01 İyn 2021 15:28:00 121 0

Gürcüstan səhiyyə naziri vaksinasiyadan sonra yoluxdu

Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze peyvənd olunduqdan sonra koronavirusa yoluxub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Novosti Qruziya" saytı məlumat verib.

Tikaradze 23 mart tarixində İngiltərə-İsveç preparatı "AstraZeneca" peyvəndinin ilk dozasını Saçxere tibb mərkəzində vurdurub. İkinci dozanın isə iyun ayında tətbiq edilməsi planlaşdırılırdı.

Koronavirus test nəticəsi müsbət çıxan nazir və onunla təmasda olan bir neçə məmur özünü təcrid edib. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Qeyd edək ki, daha əvvəl Gürcüstan Milli Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Mərkəzinin rəhbəri Amiran Qamkrelidze ölkədə həm ilkin doza almış şəxslər, həm də tam vaksinasiyadan keçmiş şəxslər arasında yoluxma hallarının aşkarlandığını açıqlamışdı.