Bakıdan Moskvaya və əks istiqamətdə xüsusi reyslərin sayı artırılır


Digərləri 01 İyn 2021 15:30:00 182 0

Bakıdan Moskvaya və əks istiqamətdə xüsusi reyslərin sayı artırılır

Azərbaycanın Milli aviadaşıyıcısının (AZAL) uçuş cədvəlində Bakıdan Moskvaya ("Domodedovo" hava limanı) və əks istiqamətdə xüsusi reyslərin sayı artırılır.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, hər həftə həyata keçirilən iki reysə (çərşənbə və bazar günləri) 14 iyundan etibarən bazar ertəsi günləri həyata keçiriləcək daha bir reys əlavə olunacaqdır.

Qeyd olunan reyslərə biletləri aviaşirkətin www.azal.az rəsmi saytından, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə edə bilərsiniz.

Qeyd edək ki, daşınmaya mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşa icazəsi olan kateqoriyadan sərnişinlər qəbul ediləcəkdir.

Bakı-Moskva istiqaməti üzrə reyslərin sərnişinləri: