Elgizin başına gələn tükürpədici hadisə: “Ölü bilib üzümü örtüblər, qəfil dirilmişəm”


Şou-biznes 01 İyn 2021 14:46:00 145 0

Elgizin başına gələn tükürpədici hadisə: “Ölü bilib üzümü örtüblər, qəfil dirilmişəm”

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı teleaparıcı Elgiz Əkbər olub. Son.az xəbər verir ki, tanınmış aparıcı uşaq vaxtı başına gələn dəhşətli hadisədən danışıb: "2-ci sinifdə oxuyurdum. Nənəmgilə getmişdim. Onların həyətinin qarşısında göl var. Uşaqlar orada çimirdi. Mən də dəfələrlə o göldə çimmişdim. Yenə gölə girdim. Sən demə, qonşulardan bir nəfər çirkab suyu həmin gölə axıdıb. Mən də göldə çiməndə ağzıma su getdi. 1 həftədən sonra 41 dərəcə qızdırma ilə xəstəxanaya yerləşdirildim. Dərdimə çarə tapa bilmədilər. Elə biliblər kor bağırsağımdandır, kəsiblər. Daha da pisləşmişəm. Üzümə ağ örtüb gətirib ailəmə təhvil veriblər. Nənəm məni qucaqlayıb ağlayanda tərpənmişəm, dirilmişəm. Daha sonra güclü mütəxəssis gəlib. Mənə qarın yatalağı diaqnozu qoyub. Müalicə olunub sağaldıb. Məndən sonra həmin göldə çimən neçə uşaq dünyasını dəyişdi".

Son.az