TerPetrosyan Paşinyanla debatdan imtina etdi


Digərləri 01 İyn 2021 14:28:00 190 0

TerPetrosyan Paşinyanla debatdan imtina etdi

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla ictimai debatdan imtina edib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə onun mətbuat katibi Arman Musinyan "Facebook" hesabında yazıb.

Bundan əvvəl, Paşinyan Ter-Petrosyana və ikinci prezident Robert Koçaryana parlament seçkilərindən iki gün öncə - 18 iyun tarixində İctimai TV-nin efirində Qarabağ mövzusunda debat keçirməyi təklif edib.

Musinyana görə, Ter-Petrosyanın ölkəni milli fəlakətə çatdıran şəxslə danışacağı heç nə yoxdur.

Qeyd edək ki, Paşinyanın təklifinə Koçaryan tərəfindən hələ rəsmi cavab verilməyib.