Xalq artisti qəzəbləndi: “Allah onların kökünü kəssin!“


Kriminal 31 May 2021 20:30:00 174 0

Xalq artisti qəzəbləndi: “Allah onların kökünü kəssin!“

Ermənistanın Kəlbəcərdə törətdiyi təxribat bu ölkə rəsmilərinin bölgədə sülh və sabitlik barədə səsləndirdikəri fikirlərin səmimi olmadığını bir daha ortaya qoydu. Bu fakt həm də Qarabağda ermənilərlə azərbaycanlıların birgəyaşayışının mümkün olmayacağı barədə ehtimalları gücləndirdi. Əgər İkinci Qarabağ savaşında məğlub olan Ermənistanın nəhayət işğalçılıq siyasətindən əl çəkərək Azərbaycanla sülh şəraitində yaşayacağına az da olsa ümid var idisə, ermənilərin son günlər törətdikləri təxribatlardan sonra bu ümid ölüb.

Son.az xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan Xalq artisti Gülyaz Məmmədova bundan sonra ermənilərlə dost olmağın mümkünsüz olduğunu bildirib:

"Biz onlarla heç vaxt dost ola bilmərik. Düşməndən dost olar?! Onlar heç vaxt özlərindən başqa kimisə sevməyiblər. Bir  onu arzulayıram ki, Allah əsgərlərimizi, ordumuzu  qorusun. Nə  qədər ki, xain düşmən var, təhlükə hər zaman olacaq. Vallah, söz tapmıram. Hər dəfə sosial şəbəkələrə girəndə xəbərləri görürsən, adamın ürəyi dağlanır. Fikirləşirsən ki, görəsən bu dəfə hansı ana göz yaşı tökəcək... Dövlətimiz hər şeyi nəzərə alır, qoruyur, amma keçmişdə də olub, indi də var, bəzən gizli şəkildə biz tərəfə keçib təxribat törətməyə cəhd edirlər. Allah onların kökünü kəssin. Allah bütün əsgərlərimizə kömək olsun. Bir nəfər belə şəhid olsa, yenə çoxdur, çünki daha bir balamızı itiririk. Xəbərləri oxuyuram, ürəyim dözmür, ancaq göz yaşı axıda bilirəm. Bundan başqa əlimdən nəsə gəlmir. Bir tərəfdən sevinirik ki, hər şey bitdi, amma digər tərəfdən də bunlar sakit dayanmırlar. Belə hərəkətlərlə özlərinə zərər verir, daha da nifrəti, kini  çoxaldırlar. Onsuz da nifrətə layiq millətdirlər. Elə özləri özlərinin kökünü kəsəcəklər bu gedişlə".