Şəhid Kənan Məmmədlinin doğum günü idi


Digərləri 31 May 2021 20:06:00 174 0

Şəhid Kənan Məmmədlinin doğum günü idi

Vətən müharibəsində canından keçən hərbçilərimizdən biri də Qax rayonu, Tasmanlı kənd sakini Kənan Məmmədli olub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, 2002- ci ilin may ayında dünyaya göz açan Kənan orta məktəbi bitirdikdən sonra rayondakı peşə liseyində təhsil almağa başlayıb.

Ötən ilin iyulunda isə təhsilini yarımçıq qoyaraq Tovuz döyüşlərinə qatılıb.

2020-ci ilin sentyabrından başlayan Vətən müharibəsinə yollanan Kənan Məmmədli Tərtərin Suqovuşan istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Kənanla yanaşı qardaşı da Vətən müharibəsində düşmənə qan udduran igidlərdən olub.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən Kənanın bu gün doğum günüdür.

Kənan Məmmədli göstərdiyi şücaətə görə "Vətən Uğrunda" medalı ilə təltif olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: