Zaqatalada avtomobil qoyun sürüsünü vurub


Digərləri 30 May 2021 16:52:00 148 0

Zaqatalada avtomobil qoyun sürüsünü vurub

Zaqatalada minik avtomobili yaylağa köç edən qoyun sürüsünü vurub.

Son.az APA-ya istinadən bildirir ki, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Nəticədə 30 başdan çox qoyun tələf olub. Qəza zamanı minik avtomobilinə ziyan dəysə də, sürücü xəsarət almayıb.