Xolesterini azaldır, həzm sistemini gücləndirir


Digərləri 30 May 2021 16:30:00 160 0

Xolesterini azaldır, həzm sistemini gücləndirir

Xüsusilə qaraciyərin dostu və bir çox faydası olan ənginar müxtəlif istehlak üsullarına malikdir. Yarpaqları faydalı olan bu qida arıqlama prosesinə yüksək dərəcədə kömək edir.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu tərəvəz qaraciyəri təmizləyir, mədəni qoruyur və ən əsası ürək xəstəliklərinə yaxşı təsir göstərir. Həmçinin, özündə bir çox vitamini ehtiva edir. Bədənin ehtiyac duyduğu maqnezium, sink, kalium, kalsium və lif kimi maddələrə malikdir.

Xolesterini azaldır

Antioksidanlar, vitaminlər və minerallarla zəngin olması sayəsində həzm sistemini və qan təzyiqini tənzimləyir. Qanı təmizləmək və xolestrini normal saxlamaq, azaltmaq üçün istifadə edilir.

Həzm sistemini gücləndirir

Ənginar lifli bir quruluşa malikdir. Orqanizmdəki həzm sisteminin işini yüksək dərəcədə dəstəkləyir. Buna görə mədə və bağırsaq funksiyasının hərəkətliliyinin sürətləndirir.

Ənginar mədənin dostudur

Amin turşuları ilə zəngindir. Buna görə mədənin turşuluğunu tarazlıqda saxlamağa kömək edir. Mədə və bağırsaqları təmizləyən bu tərəvəz şişkinliyi və köp əmələ gəlməsini azaldır.

Qan hüceyrələrini gücləndirir

Bu tərəvəz natrium, kalium, kalsium, dəmir və mis zənginliyi ilə qan hüceyrələrini gücləndirir.

Arıqlama prosesini dəstəkləyir