Qarabağda erməni uşaqlara türklərə qarşı nifrət belə aşılanır


Dünya 30 May 2021 14:30:00 193 0

Qarabağda erməni uşaqlara türklərə qarşı nifrət belə aşılanır

Erməni teleqram-kanallarında Qarabağın Rusiya sülhməramlılarının nəzarəti altında olan hissəsində yeniyetmələri silaha cəlb edən video yayılıb.

Son.az-ın xəbərinə görə, erməni körpələr hərbi formana geyinib, "artilleriya"dan atəş açırlar. Kimə güllə atdıqları da bəllidir, azərbaycanlılara....  

Bu video erməni uşaqlara azərbaycanlılara, onların təbirincə desək, türklərə qarşı aqressiyanın, nifrətin körpə yaşlarından aşılandığının bariz nümunəsidir.

44 günlük acı məğlubiyyətdən sonra ağıllanmaq, aqressiv siyasətə son qoymaq, mövcud reallıqları qəbul etmək, inkişaf haqqında düşünmək əvəzinə xalis erməni xisləti yenə öz sözünü deyir.

Görünür, azərbaycanlılara qarşı amansız düşmənçilk becərən ermənilərin gələcəyə ayıq başla baxmaq, onları gözləyən mümkün perspektivi qiymətləndirmək üçün gözləri hələ də yumuludur.