Dindar damğası vurub adını Şeyx Əli qoydular, dörd dəfə suiqəsdə məruz qaldı,


Digərləri 30 May 2021 14:31:00 296 0

Dindar damğası vurub adını Şeyx Əli qoydular, dörd dəfə suiqəsdə məruz qaldı,

Son.az Kulis.az-a istinadən yazıçı, dramaturq, ictimai xadim Şıxəli Qurbanov haqqında maraqlı faktları təqdim edir.

Şıxəli Qurban oğlu Qurbanov 16 avqust 1925-ci ildə Bakıda qulluqçu ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra cəbhəyə gedib, Böyük Vətən müharibəsində Leninqraddan Almaniyayadək döyüş yolu keçib.

***

1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu başa vurduqdan sonra həmin ali məktəbin aspirantı olub, eyni zamanda rus ədəbiyyatı müəllimi işləyib. 1956-cı ildə "Puşkin və Azərbaycan poeziyası" mövzusunda dissertasiya müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb, institutda baş müəllim, dosent vəzifələrində çalışıb.

Şıxəli Qurbanovun bir neçə kitabı işıq üzü görüb və ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 1958-1961-ci illərdə "Rəis məşğuldur", "Əcəb işə düşdük", "Özümüz bilərik", "Olmadı elə, oldu belə", "Sənsiz" pyeslərini, "Bahadır və Sona" librettosunu qələmə alıb. 1966-cı ildə yazdığı "Milyonçunun dilənçi oğlu" komediyası uzun müddət teatr səhnələrində oynanılıb. Bundan əlavə, lirik şeirlər, poema, hekayə və tənqidi məqalələrlə mətbuatda müntəzəm çap olunub.