Bir ildən çoxdur qapalı qalan Bakı avtovağzalı fəaliyyətə başlayır


Digərləri 30 May 2021 14:10:00 177 0

Bir ildən çoxdur qapalı qalan Bakı avtovağzalı fəaliyyətə başlayır

Sabah saat 09:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksində 1 il 2 ay davam edən fasilədən sonra ilk avtobuslar regionlarımıza yola düşəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəti Nuridə Allahyarova bildirib. Onun sğzlərinə görə, BBAK-dan 72 istiqamət üzrə 663 avtobus sabahdan etibarən xidmətə cəlb olunub.

"Səfərdən öncə avtovagzal.az saytında şəhərlərarası (rayonlararası) sərnişindaşımanı həyata keçirən avtobusların fəaliyyətinə dair təlimatla və şəhərlərarası (rayonlararası) avtobus marşrutlarının fəaliyyətinin bərpa edilməsi ilə bağlı avtovağzallara dair təlimatla tanış olmaq tövsiyyə edilir".

Son.az