Yazın ən faydalı


Digərləri 30 May 2021 14:15:00 216 0

Yazın ən faydalı

Bədənimizin ehtiyac duyduğu vitaminlər sağlam və ləzzətli meyvələrdən əldə edilə bilər. Həm ləzzətli, həm də bədənə faydaları olan meyvələri istifadə edərək yayda, xüsusilə də koronavirusa qarşı immuntetimizi güclü saxlamaq mümkündür.

Son.az Kult.az-a istinadən ən faydalı 7 yaz meyvəsini təqdim edir:

1. Qarpız

Xüsusilə isti yay günlərində susuzluğu yatırmaq üçün yeyilən qarpız həm ləzzətli, həm də faydalıdır. A və C vitaminləri, kalium, maqnezium, likopen və antioksidantlar sayəsində toksinlərdən qurtulmağa kömək edir. Həzm dostudur və böyrəklərin sağlam işləməsini təmin edərək xərçəngin əmələ gəlməsinin qarşısını alır.

2. Yemiş

Yemiş də qarpız kimi ən şirəli yay meyvələrindən biridir. Tərkibindəki A və C vitaminləri sayəsində immunitet sistemini gücləndirərək göz, ürək və dəri sağlamlığını qoruyur. Beta karoten tərkibi sayəsində antioksidant xüsusiyyətləri də var.

3. Alça

Turş dadı ilə alça demək olar ki, hamının sevərək yediyi meyvələrdən biridir. Tərkibində A, B, C, K vitaminləri və bir çox mineral var. Tərkibindəki yüksək antioksidant sayəsində detoks təsiri göstərərək qocalma əleyhinə təsir göstərir. İştahı artıraraq həzmə kömək edir və asanlaşdırır.

4. Ərik

Ərik bir çox faydalı vitamin və minerallara əlavə olaraq kalsium, maqnezium, dəmir, fosfor və lif sayəsində sümük və diş sağlamlığı üçün vacibdir. Uzun müddət yeyildikdə sümük əriməsinin qarşısını alacağı da deyilir. Əriyin ən çox bilinən faydası bağırsaqları işlədərək həzmi asanlaşdırmasıdır.

5. Şaftalı

A və C vitaminləri ilə zəngin və kaliumla zəngin olan şaftalı immunitet sistemini gücləndirərək xərçəngdən qoruyur. Pulpa tərkibi ilə bağırsaqların nizamlı işini təmin edir və isti havada qan təzyiqini tarazlaşdırmaq üçün idealdır. Eyni zamanda, sidikqovucu rolunu oynayan şaftalı böyrəkləri və öd kisəsini də nizamlı olaraq işləməsinə kömək edir.

6. Albalı

Albalı, yüksək lif tərkibi və antioksidantları sayəsində yayda ən çox yeyilən meyvələrdəndir. Tərkibindəki A, C və kalium miqdarı sayəsində xərçəng xəstəliklərinin qarşısını alaraq ürək sağlamlığını da qoruyur. Təzyiqi tənzimləyərək sidikqovucu rolunu oynayır.

7. Çiyələk

Digər yay meyvələri kimi, vitamin və minerallarla zəngin olmaqla yanaşı kalsium və kalium tərkiblidir. Antioksidant olduğundan immunitet sistemini gücləndirir və xərçəngdən qorunmanı təmin edir.

Son.az