Siyavuş Aslanla adı çıxdı, aktyorun ailəsini dağıtmaqda günahlandırıldı,


Kriminal 30 May 2021 14:00:00 97 0

Siyavuş Aslanla adı çıxdı, aktyorun ailəsini dağıtmaqda günahlandırıldı,

Son.az Kulis.az-a istinadən ötən əsrin 70-ci illərində duetləri ilə böyük məşhurluq qazanan müğənnilər Təranə Vəlizadə və Eyvaz Həsənov haqqında maraqlı faktları təqdim edir.

Təranə Vəlizadə ilə Eyvaz Həsənov Asəf Zeynallı adına musiqi kollecində tanış olublar. Təranə xanım kollecin gündüz şöbəsində, Eyvaz Həsənov isə axşam şöbəsində oxuyurdu. Lakin bəzən, onlar dərsləri bir yerdə keçir, mahnılar oxuyub, bir-birindən öyrənirdilər. Belə günlərin birində onların isti münasibəti yaranır.

***

Eyvaz Həsənov həm də romantik şeirlərin müəllifi idi. O, Təranə xanımla tanışlığının ilk günlərində ona da bir neçə şeir həsr etmişdi. Günlərin birində Təranə imtahana getmək üçün evdən çıxıb trolleybusa əyləşir. Həmin vaxt Eyvaz əlində tutduğu balaca şeir dəftərçəsini Təranəyə verib oradakı şeirləri oxumasını istədiyini deyir və ondan uzaqlaşır. Dəftərçənin ilk vərəqində "Həyatımdakı ən əziz insana ithaf edirəm" sözləri yazılmışdı.

Həmin vaxtdan onların sevgi münasibəti başlayır. On səkkiz yaşlı Təranə ilk gündən Eyvazı sevir, ona həm də yaxın dost, müəllim kimi baxır. Bir müddət sonra Eyvaz sevdiyi qız üçün elçilərini yollayır. Həmin ərəfədə Təranəyə bir neçə yerdən adlı-sanlı adamlar elçi düşdüyü üçün atası Eyvazın adamlarına "hə" cavabı vermir. Ancaq qızının sevgisinin güclü olduğunu görəndən razılaşmaqdan başqa çarəsi qalmır.

***

Onlar yağışlı noyabr günündə ailə qurur. Dostlarının, yaxınlarının sözlərinə görə, cütlüyün sevgi macərası o dövr üçün görünməmiş hadisə idi. İnsanlar onlara dövrün Leyli və Məcnunu kimi baxır, o cür qəbul edirdilər. Onlar bir-birini o qədər gözəl tanıyırdılar ki, bəzən demək istədiklərini bir baxışla anladırdılar.

***

Ancaq deyilənə görə, Eyvazın qadın pərəstişkarları həddindən artıq çox imiş. O, hər dəfə toydan, konsertdən evə gələndə paltarlarının cibindən çoxlu məktublar çıxırmış. Təranə Vəlizadə isə həyat yoldaşını hədsiz dərəcədə qısqanır, onunla mübahisə edir. Təranə xanım müsahibələrinin birində bu haqda deyir: "Əlbəttə, hər bir ailədə söz-söhbət, mübahisə olduğu kimi bizdə də olurdu. Mən onu çox qısqanırdım, o da məni qısqanırdı, amma mənim qədər büruzə vermirdi. Buna baxmayaraq, onun mənim qədər kimisə sevməsinə inanmıram."

Bəzən, Eyvazı toya tək dəvət edəndə onunla danışığa qadın gəlirmiş. O isə həmin qadınla danışmaz, Təranə xanımın telefonunu verib deyirmiş ki, mən qadınla toy haqqında danışıb ondan pul istəyə bilmərəm. Bu nömrəni götürün, Təranə ilə danışın.

***

Günlərin birində Təranə xanım yuxudan oyanıb görür ki, evdən quzu mələrtisi gəlir. Əvvəl elə bilir yuxu görür, sonra reallıq olduğunu anlayır. Eyvaz yatan otağa keçib görür ki, yerində yatan Eyvazın qucağında balaca bir quzu var. Sən demə, gecə saatlarında onların tövləsində quzu doğulub və quzunun anası ölüb. Eyvazın quzunu tövlədə tək qoymağa ürəyi gəlmir.

Azərbaycanda ilk duet ifaçıları Eyvaz Həsənovla Təranə Vəlizadə olub. Onların konsertləri hər zaman böyük anşlaqla keçib. Konsertlərə bilet tapılmayıb, konsert zamanı izdihamdan klubların pəncərələri, qapıları sınırmış. Bu konsertlərdə bəzən insanlar konsert salonlarına, klublara yerləşməyib, bayırdan konserti izləməyə çalışırmışlar. Kolxozlarda konsert verən zaman isə onlar insanların sevgisini nəzərə alıb, tarlanın ortasında lafetin üstündə konsert verirmişlər.

***

Ancaq deyilənlərə görə, Təranə Vəlizadə özündən on beş yaş böyük olan Xalq artisti Səyavuş Aslanla uzun müddətli sevgi münasibəti yaşayıb. Hətta, bu hadisə Xalq artistinin ailəsinin dağılmasına, Ofeliya Aslanın ərindən ayrılmasına səbəb olub. Televiziya verilişlərinin birində müğənni deyilənlərin yalan olduğunu bildirib:

"Müğənninin axı öz ailəsini güclə saxlayan qoca kişi nəyinə lazım idi? O, xüsusi insanlar tərəfindən uydurulmuş şayiə idi ki, həm onun, həm də mənim ailəmi dağıtsın. Sadəcə, məni bu məsələdə qurbanlıq quzu etdilər. O zaman mən Səyavuş Aslanı tanımırdım, heç yerdə görüşüb belə salam verməmişdim. Onunla ünsiyyəti olanı Allaha tapşırıram. Bu xəbərlər əsassız idi".

111 yaşlı kişi uzunömürlülük üçün gözlənilməz vasitənin adını açıqlayıb like
  • 30 May 13:45  
Digərləri 111 yaşlı kişi uzunömürlülük üçün gözlənilməz vasitənin adını açıqlayıb

Hazırda həyatda olan avstraliyalı qocamanlardan biri Dekster Krüqer uzunöm

arrow Ətraflı
“Paxmellə” mübarizə yolları AÇIQLANDI like
  • 30 May 13:37  
Digərləri “Paxmellə” mübarizə yolları AÇIQLANDI

İngiltərəli diyetoloq Şan Beyker "paxmel" ilə mübarizədə köm

arrow Ətraflı
Ermənistanda COVİD19a yoluxanların sayı 222 636 nəfərə çatıb like
  • 30 May 13:30  
Dünya Ermənistanda COVİD19a yoluxanların sayı 222 636 nəfərə çatıb

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 222 636 nə

arrow Ətraflı
Prezident İlham Əliyev: Biz yeni bir koridor üzərində çalışırıq  Zəngəzur koridoru like
  • 30 May 13:24  
Siyasət Prezident İlham Əliyev: Biz yeni bir koridor üzərində çalışırıq Zəngəzur koridoru

Biz yeni bir koridor üzərində çalışırıq - Zəngəzur koridoru.

arrow Ətraflı
"Sevgilim varkən, başqasına aşiq oldum" like
  • 30 May 13:22  
Digərləri "Sevgilim varkən, başqasına aşiq oldum"

Sonuncu dəfə "Masumiyet" serialında rol alan aktyor Serkay Tütünc

arrow Ətraflı
Alt paltarında çəkdirdiyi fotoya 2 milyondan çox "bəyənmə" gəlib like
  • 30 May 13:15  
Digərləri Alt paltarında çəkdirdiyi fotoya 2 milyondan çox "bəyənmə" gəlib

"Yuventus"un portuqaliyalı ulduzu Kriştiano Ronaldonun sevgilisi C

arrow Ətraflı
Məşhur aktyor avtomobil qəzası keçirdi like
  • 30 May 13:12  
Şou-biznes Məşhur aktyor avtomobil qəzası keçirdi

Sonuncu dəfə "Ramo" serialında rol alan aktyor İlkər Aksum avtomo

arrow Ətraflı
Ramal estetik etdirənlər haqda: "Nə qardaş, nə də ata bir söz deyə bilir" like
  • 30 May 13:07  
Şou-biznes Ramal estetik etdirənlər haqda: "Nə qardaş, nə də ata bir söz deyə bilir"

"Mən də səhnədəyəm, saçımın qara olmasını istəyirəm, amma ağ

arrow Ətraflı
Koronavirus bəzən uşaqlarda ölüm törədən fəsadlar verir like
  • 30 May 13:00  
Digərləri Koronavirus bəzən uşaqlarda ölüm törədən fəsadlar verir

"Koronavirus bəzən uşaqlarda ölüm törədən fəsadlar verir".

arrow Ətraflı
PKKnın önəmli adamı öldürüldü like
  • 30 May 12:52  
Dünya PKKnın önəmli adamı öldürüldü

Türkiyə ordusu İraqın şimalında PKK terror təşkilatına qarşı əməliy

arrow Ətraflı
Maraqlı və fərqli telefon muncuq AKSESUARI like
  • 30 May 12:45  
Digərləri Maraqlı və fərqli telefon muncuq AKSESUARI

Son illər telefonların kənarından rəngli muncuq aksessuarlarından daha ço

arrow Ətraflı
Onun sayəsində bu təhdidlərdən qurtulduq like
  • 30 May 12:37  
Dünya Onun sayəsində bu təhdidlərdən qurtulduq

İstanbulumuzu və ölkəmizi təhdid edən düşmənə qarşı "gəldiklə

arrow Ətraflı
Makaron yeyərək arıqlamaq mümkündür like
  • 30 May 12:33  
Digərləri Makaron yeyərək arıqlamaq mümkündür

Makaron yemək çəki artımına yol açmır və hətta insanın arıqlamasına

arrow Ətraflı
Xarici blogerlər Ağdam Dram Teatrında like
  • 30 May 12:29  
Digərləri Xarici blogerlər Ağdam Dram Teatrında

Xarici blogerlərin Ağdam şəhərinə səfəri davam edir.

arrow Ətraflı