Argentinada koronavirusdan ölənlərin sayı 77 mini ötüb


Dünya 30 May 2021 09:44:00 168 0

Argentinada koronavirusdan ölənlərin sayı 77 mini ötüb

Argentinada ötən sutka ərzində koronavirusa 29 841 yoluxma halı qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 732 263 nəfərə çatıb.

Bildirilir ki, son sutka koronavirusdan 416 nəfər ölüb, ölənlərin ümumi sayı 77 108 nəfər təşkil edir.