ABŞda təyyarə gölə düşüb,
Dünya 30 May 2021 09:39:00 333 0
ABŞ-ın Tennesi ştatında yüngülmühərrikli "Cessna C501" təyyarəsi gölə düşüb.
Trend-in "CNN" telekanalına istinadən verdiyi məlumata görə, təyyarə qəzaya uğrayan zaman göyərtədə 7 nəfər olub.
Məlumata əsasən, hadisə yerinə cəlb edilən xilasedicilər 1 nəfərin meyitini tapıblar, digər 6 nəfərin axtarışları davam etdirilir.
Bildirilir ki, təyyarə Tennesidən Florida ştatına uçurmuş. Qəzanın səbəbi hələki məlum deyil.
Mənbə: milli.az