Bakıda metronun qarşısında qadından qorxunc əməl: ərini və özünü bıçaqladı


Digərləri 30 May 2021 09:19:00 145 0

Bakıda metronun qarşısında qadından qorxunc əməl: ərini və özünü bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib. Qadın həyat yoldaşı və özünə xəsarət yetirib. Yaralılar paytaxtdakı xəstəxanlardan birinə aparılıblar. İlkin ehtimallara görə, hadisəyə səbəb tərəflər arasında yaranmış mübahisə olub.

Bakıda qadın həyat yoldaşını və özünü bıçaqlayıb.

Belə ki, "Koroğlu" metrostansiyasının yaxınlığında 1995-ci il təvəllüdlü Kərimova Günel Cəmil qızı əri, 1991-ci il təvəllüdlü Paşayev Nicat Müqəttar oğlunu bıçaqlayıb. G.Kərimova sonra özünə bıçaqla xəsarət yetirib.

Hadisə şahidlərinin sözlərinə görə, tərəflər arasında avtomobildə baş verən mübahisə sonda bıçaqlanma ilə nəticələnib.

Hər iki yaralı 3 saylı şəhər klinik xəstəxanasına gətirilib. Xəstəxanadan "Xəzər Xəbər"ə verilən məlumata görə, barmağının kəsilmiş yarası ilə xəstəxanaya daxil olan Nicat Paşayevə yardım göstərilərək ambulator müalicəyə göndərilib. Qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan Günel Kərimovaya da ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Daxili İşlər Nazirliyindən "XəzərXəbər"ə verilən məlumata görə, faktrla bağlı araşdırma aparılır.