Oğlunun ölümünə dözə bilməyən Zöhrə Abdullayeva haqda FAKTLAR FOTOlar


Kriminal 29 May 2021 12:24:00 104 0

Oğlunun ölümünə dözə bilməyən Zöhrə Abdullayeva haqda  FAKTLAR  FOTOlar

Xəbər verdiyimiz kimi, uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən Əməkdar artist Zöhrə Abdullayeva bu gün vəfat edib.

Son.az kulis.az-a istinadən mərhum sənətçi haqqında maraqlı faktları təqdim edir.

Zöhrə Abdulla qızı Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. O, Azərbaycan Dövlət Texnologiya Universitetini bitirib. Ustad sənətkarlardan fərdi muğam sənətindən dərslər alıb - Sara Qədimova, Əbülfət Əliyevdən, Münəvvər Kələntərlidən. İlk müəllimi Rəhilə Həsənova olub. Qaqarin adına Pionerlər Evinə gedən balaca Zöhrəni Rəhilə Həsənova "Sazlı qızlar ansamblı"na aparıb. Onu peşəkar səhnəyə İslam Rzayev gətirib.

Əvvəl "Lalə qızlar anasmblının", sonralar isə Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib.

Zöhrə Abdullayeva daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınıb. Onların birgə on iki silsilə dueti olub. Bu mahnıların hamısının söz və musiqilərini Məmmədbağır Bağırzadə yazıb. Onlar birgə "Həccə gedirəm", "Gəlin gəlir evimizə", "Bağban, ay bağban", "Şuşa maralı" kimi mahnılar ifa ediblər.

Zöhrə xanım bundan başqa xalq və bəstəkar mahnıları, muğamlar da ifa edib.

Məmmmədbağır Bağırzadə ilə duet oxuduğuna görə onlar haqqında müxtəlif şaiyələr gəzirdi. Hətta onların vətəndaş nikahında yaşadığı deyilirdi. Lakin müğənni bunlara etiraz edərək deyir:

"Məmmədbağırın öz sevgilisi var idi və həmin xanımla indi də yaxınam. O, dünyasını dəyişəndə əli onun əlində idi. Məmmədbağır mənə qardaşım əvəzi olub. O qədər doğmaydıq ki... O, mənim ağzımın çörəyi idi. Məmmədbağır böyük şəxsiyyət olduğuna görə heç vaxt "bacı" dediyi adama pis gözlə baxmazdı. O qadınla iyirmi il yaşadı".

Zöhrə Abdullayeva dünyanın otuz ölkəsində Azərbaycan musiqisini tərənnüm edib. 1985-ci ildə "İstedadlar axtarılır" müsabiqəsinin qalibi olub. 2000-ci ildə İraqda Babil festivalının diplomuna və bu illər ərzində isə bir çox diplomlara layiq görülüb.

Zöhrə xanım inanclı insan olub. Həcc ziyarətində olub. Əvvəllər namaz qılıb, oruc tutsa da, sonradan işlərinin çoxluğundan buna imkan tapa bilmədiyini deyib.

O, Allaha inandığı qədər, həm də, kəm gözlərə, caduya inanırmış. Müsahibələrinin birində bu haqda deyir:

"Caduya həm inanıram, həm də yox. Bir dəfə evdə neylon pərdəmdə 5 barmaq izi gördüm. Onu nə qədər yudum, ağardıcılara da, xlora da qoydum, ləkələr getmədi. Amma mən o evdə yaşayanda ruzim da yox idi, işlərim də çətin gedirdi. Sonra biz o pərdəni atdıq və onu küçə təmizləyən götürdü. İnanırsınız, onun da işləri çox pis oldu. Bahalı da pərdə idi, dedi Zöhrə xanım, bu pərdəni niyə atmısınız? Dedim ki, ipdən düşüb. O qaytarmaq istədi, amma mən götürmədim. Sonra eşitdim ki, yazıq arvad bir günlərə qalıb ki... Özü süpürgəçi idi, amma sonra çox ağır günlərə düşdü. Gördüm yazığı, dedim o pərdəni tulla. Bir yaxın qohumumuz var idi. O gəlib-gedirdi bizə. Bəlkə də o idi. Çünki insanların daxilini bilmək olmur. Biz evimizi dəyişəndə, mən yataq dəstimi qardaşımın ailəsinə bağışladım. İnanmazsınız, döşəyi qaldıranda oradan yağın içində bir qıfıl çıxdı. Mən onda anamla yatırdım, rəhmətlik. Mənə elə gəlir ki, bəlkə də mənim anamı elə o yağ apardı. Təsəvvür edin, yatdığımız vaxtda, gecə saat 3-də ikimizin də ayağımızdan elə bil dartdılar. Sən demə, orada qıfıl var imiş. Anamı cadu öldürdü".

Zöhrə Abdullayeva 16 yaşında ailə həyatı qurub. Bu evlilikdən onun İsrafil adlı oğlu olub. Müğənni öz bacısı qızını oğluna alıb.

Birinci evliliyindən sonra müğənni heç vaxt ailə qurmayıb. O, müsahibələrinin birində bu barədə deyir:

"Mənim şəxsi həyatım yoxdur. Nəvələrimlə, oğlumla sevinirəm. Yaxşı ki, Allah onu mənə ağıllı verib. Çox təvazökar, müdrik, namuslu gəlinim var. Bu barədə çox bəxtəvərəm. Amma iyirmi altı ildir təkəm. Ən gözəl illərimi tək qaldım. Dul qalmaq istəməzdim. Kim istəyər ki, əri ölsün, tənha qalsın? Amma mənə layiq insan olmadı. Deyilənlərə görə xalq mahnısı kimi bilinən "Qarabağ maralı" mahnısının sözləri və musiqisi İsgəndər Novruzlu adlı şəxsə məxsus olub və o, bu mahnını Zöhrə xanımın anasına ithaf edib. Müğənninin oğlu 24 may 2018-ci ildə beyin xərçəngi xəstəliyindən 47 yaşında vəfat edib. Onun bir qızı, bir oğlu qalır.

Bu itki müğənninin həyatına böyük zərbə vurur. O, on altı kilo arıqlayır, tanınmaz hala düşür. Uzun müddət sonra ilk dəfə efirə çıxan Zöhrə xanım deyir:

"Elə bil hiss etmişdim ki, həyatımda bir sunami olacaq. Həyatımda hər şey sakit və rəvan idi, bu dərəcədə ola bilməzdi axı! Allah kaş mənə nə isə edəydi... Ağıllı balam ağıllı başından xəstələndi. Qəfil oldu, səbəbini bilmədik. Həkim deyir, ola bilər başı haçansa harasa dəyib. Doğrudan da bir dəfə bağda 2-ci mərtəbədən yıxılmışdı. Amma başı dəymədi axı... İndi də deyirlər yazıdır, bəlkə mənə ürək-dirək verirlər. Balam ağıllı balalar, ağıllı həyat yoldaşı qoyub gedib. Hər şərait yaradıb onlara. Amma mənə özü lazımdır. Özünü istəyirəm! Balamı istəyirəm! Razıyam e, yuxuma gəlib mənə desin ki, yerim yaxşıdır, ağlama. Görün nə həddir ki, ona da razıyam!".

Zöhrə Abdullayeva uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. O, Xırdalan şəhər qəbiristanlığında anasının yanında torpağa tapşırılıb.

Ağdam və Xocavənd rayonları ərazisində yeni hərbi hissələrin açılışı olub VİDEO  FOTO like
  • 29 May 12:18  
Digərləri Ağdam və Xocavənd rayonları ərazisində yeni hərbi hissələrin açılışı olub VİDEO FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand

arrow Ətraflı
Bakıda nəqliyyatın hərəkəti iflic olub  FOTO like
  • 29 May 12:12  
Digərləri Bakıda nəqliyyatın hərəkəti iflic olub FOTO

Paytaxtın mərkəzi prospektində nəqliyyatın hərəkəti iflic olub.

arrow Ətraflı
Mayın 31dən “8 Noyabr” stanasiyası da fəaliyyətə başlayacaq  RƏSMİ like
  • 29 May 12:06  
Digərləri Mayın 31dən “8 Noyabr” stanasiyası da fəaliyyətə başlayacaq RƏSMİ

"8 Noyabr" stanaiyası mayın 31-dən fəaliyyətə başlayacaq.

arrow Ətraflı
Bayden Rusiyadan ermənilərə dəstək almağı planlaşdırır like
  • 29 May 12:00  
Siyasət Bayden Rusiyadan ermənilərə dəstək almağı planlaşdırır

"Bayden əvvəl hər bir ABŞ prezidenti Rusiya ilə aradakı "buzlar

arrow Ətraflı
Beynəlxalq blogerlər azad olunmuş torpaqlara səfər edəcəklər  FOTO like
  • 29 May 11:54  
Siyasət Beynəlxalq blogerlər azad olunmuş torpaqlara səfər edəcəklər FOTO

"Show me Azerbaijan"layihəsi çərçivəsində ölkəmizə gələn be

arrow Ətraflı
Bakıda ailə faciəsi: 7 yaşlı uşaq maşınla qardaşının üstündən keçdi like
  • 29 May 11:48  
Digərləri Bakıda ailə faciəsi: 7 yaşlı uşaq maşınla qardaşının üstündən keçdi

Binəqədi rayonunun Binəqədi qəsəbəsində faciə baş verib.

arrow Ətraflı
Sabah 31 dərəcə isti olacaq like
  • 29 May 11:42  
Digərləri Sabah 31 dərəcə isti olacaq

Mayın 30-da gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Bank işçiləri 66 yaşlının boğazını kəsdilər  Alkoqolun təsiri altında olublar like
  • 29 May 11:36  
Digərləri Bank işçiləri 66 yaşlının boğazını kəsdilər Alkoqolun təsiri altında olublar

İzmirdə (Türkiyə) bankdakı dostları üçün alkoqol alan 66 yaşlı Ahmet

arrow Ətraflı
"Zöhrə Abdullayeva incik getdi"  Xalq Artisti like
  • 29 May 11:30  
Şou-biznes "Zöhrə Abdullayeva incik getdi" Xalq Artisti

"Zöhrə mənim tələbəm, "Lalə" qızlar ansamblının ən fə

arrow Ətraflı
Sürücülərə vacib xəbərdarlıq! 150 manat CƏRİMƏ edilə bilərsiniz like
  • 29 May 11:24  
Digərləri Sürücülərə vacib xəbərdarlıq! 150 manat CƏRİMƏ edilə bilərsiniz

Son zamanlar yollarda hərəkət edən sürücülərin lüzumsuz yerə arxa duma

arrow Ətraflı
Zəngilanda DSXnin yeni hərbi hissəsi açıldı like
  • 29 May 11:18  
Digərləri Zəngilanda DSXnin yeni hərbi hissəsi açıldı

May ayının 28-də Zəngilan rayonu ərazisində Dövlət Sərhəd Xidmə­tini

arrow Ətraflı
Ayrıllıq səbəbi bəlli oldu  XƏYANƏT like
  • 29 May 11:12  
Şou-biznes Ayrıllıq səbəbi bəlli oldu XƏYANƏT

Türkiyəli aktrisa Merve Çağıran ilə aktyor İsmayıl Hacıoğlunun ayrıl

arrow Ətraflı
Prezident İlham Əliyev "8 Noyabr" stansiyasında yaradılan şəraitlə tanış olub like
  • 29 May 11:06  
Siyasət Prezident İlham Əliyev "8 Noyabr" stansiyasında yaradılan şəraitlə tanış olub

Mayın 29-da Bakı Metropoliteninin "8 Noyabr" stansiyası istifadəy

arrow Ətraflı
Gəncə şəhərinin Məhsəti qəsəbəsində telefon və internet xətti yoxdur  VİDEO like
  • 29 May 11:00  
Digərləri Gəncə şəhərinin Məhsəti qəsəbəsində telefon və internet xətti yoxdur VİDEO

Gəncə şəhərində telefon və internet xidmətləri ilə təmin olunmadığ

arrow Ətraflı
Rusiya Müdafiə Nazirliyindən açıqlama: Qarabağda vəziyyət necədir? like
  • 29 May 10:54  
Dünya Rusiya Müdafiə Nazirliyindən açıqlama: Qarabağda vəziyyət necədir?

Qarabağda rus sülhməramlılarına qarşı heç bir təxribat olmayıb. Bu bar

arrow Ətraflı