Bayden Rusiyadan ermənilərə dəstək almağı planlaşdırır


Siyasət 29 May 2021 12:00:00 150 0

Bayden Rusiyadan ermənilərə dəstək almağı planlaşdırır

"Bayden əvvəl hər bir ABŞ prezidenti Rusiya ilə aradakı "buzları qırmağa" cəhd edib və bacarmayıb. Bunun səbəbi iki ölkə arasındakı maraq fərqlərinin köklü, uzunmüddətli və strateji olmasıdır".

Bunu Son.az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.

O bildirib ki, Rusiya ilə ABŞ arasındakı maraqlar geosiyasidən daha çox, maliyyə nöqteyi nəzərdən üst-üstə düşür:

"Rəsmi Kreml bir neçə görüş və xoş niyyət jestləri ilə aşılması mümkün olmayan hərəkətlər, ittifaqlar və ideologiya ilə anti-Qərb geosiyasi yanaşmasına sadiq qaldı.

"Rusiya öz üslub və ümumi yolunu dəyişməyəcək. Bunu gözləmək sadəlövhlükdür. Rusiya dünyadakı əsas öhdəliklərindən geri çəkilməyəcək. İkincisi, hər bir Prezidentin ilk xarici səfəri onun ümumi xarici siyasət istiqamətinin göstəricisidir. Bunun Prezident Donald Tramp və Səudiyyə Ərəbistanı timsalında gördük. Baydenin Rusiyanı prioritetləşdirməsi, administrasiyanın geosiyasətini yenidən qurulmağa cəhd göstərdiyini göstərən amildir.

ABŞ-ın Rusiya ilə yaxınlaşmaq məqsədinin kökündə Şimal axını 2-yə tətbiq olunan sanksiyaların ləğvi, Cənubi Qafqaz məsələsində bir qədər ermənipərəst yanaşma və müxtəlif strateji maraqlar, Yaxın Şərq və Afrikadakı yanaşma dayanır. Adminstrasiya Ukraynanın təhlükəsizliyinin əhəmiyyəti ilə bağlı bəyanatları da geri çəkdi. İqlim dəyişikliyi, enerji təhlükəsizliyi və Rusiya ilə münasibətlərə diqqət yönəlmiş beyin mərkəzlərinin populyarlaşması Baydenin Putinin lehinə olmaqda maraqlılığını göstərir. Lakin maraqlar geosiyasidən çox, maliyyə nöqteyi nəzərdən üst-üstə düşür".

Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin ilk xarici səfəri çərçivəsində 15-16 iyun tarixlərində İsveçrənin Cenevrə şəhərində Vladimir Putinlə görüşəcəyi gözlənilir.

Təhməz Əsədov Son.az