"Tut sallanım boynundan, atdanım çiynindən" olmaz axı... "


Şou-biznes 28 May 2021 15:02:00 157 0

"Tut sallanım boynundan, atdanım çiynindən" olmaz axı... "

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu Əməkdar artist Elza Seyidcahanın şeirlərini tənqid edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, musiqiçi bu haqda "Həmin Zaur" proqramında deyib. O bildirib ki, Seyidcahan şairləri təhqir edir:

"Elza xanım savadlı, gözəl bəstəkardır. Şeirləri isə "hətələm-pətələmdir". Xoşlamıram onun şeirlərini. Bəyənmirəm, burada nə var ki? Amma gözəl, savadlı sənətkardır. Şeir yazmağı özünəməxsusluq deyil.

"Tut sallanım boynundan, atdanım çiynindən" olmaz axı... Şairlərə böyük hörmətsizlikdir. Özü üçün yazırsa, onda gündəmə çıxarmasın. Sosial şəbəkələrdə yaymasın".