Hərbçilərimiz “Anatolian Phoenix2021” təlimində praktiki uçuşlar icra edir FOTO


Digərləri 28 May 2021 14:44:00 134 0

Hərbçilərimiz “Anatolian Phoenix2021” təlimində praktiki uçuşlar icra edir  FOTO

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçuları "Anatolian Phoenix-2021" təlimində plana uyğun olaraq təlim uçuşları keçirir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, uçuşlar zamanı əsas diqqət iştirakçı ölkələrin hərbi aviasiyası ilə müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi zamanı qarşılıqlı fəaliyyətlərin təşkili, döyüş uzlaşması imkanlarının öyrənilməsi və axtarış-xilasetmə əməliyyatları üzrə tapşırıqların yerinə yetirilməsinə yönəldilir.