Ayandan qalmaqallı açıqlama:


Şou-biznes 28 May 2021 02:10:00 162 0

Ayandan qalmaqallı açıqlama:

"Səssiz gedən qadın bilin ki, çox susub"

"Ümidlərin bitdiyi yerdə hər zaman möcüzələr başlayır. Önəmli olan kitabda yazılan yox, sənin qəlbindən qayıdanlardı. Səssiz gedən qadın bilin ki, çox susub. Bilir ki, danışsa, heç nə dəyişməyəcək və gedir".

Son.az axşam.az-a istinadən xəbər verir ki,  bu sözləri müğənni Ayan Babakişiyeva "Səhər mərkəzi" proqramında deyib. Sənətçi həyatından bəhs edib:

"İnsan həyatda özünün psixoloqu, həkimi olmalıdır. İnsan qarşısında dəyər verdiyi insanlara bir yerə qədər icazə verər ki, onun həyatında nəyəsə zərər vursun. Bunu da psixologiyası zəif insanlar edir. Bir yerə qədər sərhəd qoyursan. Düşünürsən ki, həddini aşır, çıxar həyatından.