Avtobus işıq dirəyinə dırmaşdı ANBAAN VİDEO


Digərləri 28 May 2021 01:30:00 178 0

Avtobus işıq dirəyinə dırmaşdı  ANBAAN VİDEO

Sankt-Peterburqda sərnişin avtobusu qəza törədib. Nəticədə 5 nəfər yaralanıb.

Son.az "bizim.media"-ya istinadən xəbər verir ki,bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb. Bundan əvvəl Fövqəladə Hallar Nazirliyi Sankt-Peterburqun Krasnoselsk rayonunda, Leninsk prospekti-90 ünvanının yaxınlığında saat 10-da bir avtobusun iştirakı ilə qəza baş verdiyini bildirmişdi. İlkin məlumata görə, üç nəfər yaralanıb. Şəbəkədə yayılan videoda avtobus işıq dirəyinə dəyir və iki yerə bölünür. Yerli KİV-lərin verdiyi məlumata görə, sürücü kabinədə sıxılmış vəziyyətdə qalıb. Qəzada avtobus sürücüsü, bir konduktor və üç sərnişin yaralanıb. Hadisənin şərtləri müəyyənləşdirilir.