Azərbaycanda marketdə biabırçılıq:


Digərləri 28 May 2021 00:50:00 142 0

Azərbaycanda marketdə biabırçılıq:

Azərbaycanda daha bir şəxs marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkərək sosial şəbəkədə paylaşıb.

Xəzər Azəroğlu adlı istifadəçi "Tik-Tok"da sözügedən görüntüləri paylaşıb.

Videodan görünür ki, həmin şəxs marketə girərək meyvə şirələrini açır, saqqızları istifadə edərək yenidən stendə geri qoyur.

Xatırladaq ki, bir müddət öncə Rüstəm Orucov və Xəyalə Vəliyeva adlı şəxslər də oxşar əmələ görə polis orqanına gətirilib və həmin şəxslərlə profilaktiki söhbətlər aparılaraq, o cümlədən mağazaya dəymiş maddi ziyan ödətdirilmişdi.

Həmin görüntüləri təqdim edirik: