Ermənistan sülh barədə düşünməsə, Azərbaycan bir də ...


Siyasət 28 May 2021 00:05:00 123 0

Ermənistan sülh barədə düşünməsə, Azərbaycan bir də ...

"Ermənilər delimitasiya işlərinin getdiyi sərhəd ərazilərdə ard-arda təxribatlar törətməklə çalışırlar ki, çaşqın bir vəziyyət yaratsınlar, Azərbaycanın mövqeyini şübhə altına alsınlar və nəhayət seçkilərdən qalib ayrılmaq üçün zəmin yaratsınlar".

Bunu Son.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, Rusiya çalışır ki, bu məsələdə obyektiv mövqedən çıxış etsin:

"Ermənistanın bu yanaşması çıxış yolu deyil. Çünkü Azərbaycan artıq Qarabağ bölgəsində bütün prosesləri yaxından izləyir, rəsmi Bakının hadisələrə yanaşması düzgündür. 

Müşahidə edirik ki, ermənilərin iştahları böyüyür. Onlar Azərbaycana qarşı ərazi iddialarını artırırlar, tarixi ərazilərimizi özlərininki hesab edirlər və bununla da dünya birliyini çaşdırırlar ki, düzgün mövqe nümayiş etdirməsinlər. 

Ermənistanda hansı qüvvənin parlament seçkilərində (20 iyun) qalib gəlib, gəlməcəyindən asılı olmayaraq Rusiya çalışır ki, bu məsələdə obyektiv mövqedən çıxış etsin. Onlar da anlayırlar ki, bu baxımdan obyektivlik tam Azərbaycan tərəfindədir. Çünkü Azərbaycan heçkəsin torpağına idda irəli sürmür. Biz başa düşürük ki, regionun gələcəyi naminə sülh, əminamanlıq barədə fikirləşmək lazımdır. Çünkü bu olmasa, o zaman Ermənistanla münasibətlər heç vaxt normal məcraya yönəlməyəcək. Amma təəssüf ki, ermənilər bunu anlamırlar və elə bir tərzdə davranırlar ki, guya onları kimsə aldadıb, kimsə onlardan həqiqəti gizlədir. Amma biz gözəl bilirik ki, həqiqət nədən ibarətdir və kimin tərəfindədir".

Təhməz Əsədov Son.az