Vətən müharibəsi qəhrəmanları ilə bağlı yeni imtiyazlar təsdiqləndi


Digərləri 27 May 2021 16:12:00 155 0

Vətən müharibəsi qəhrəmanları ilə bağlı yeni imtiyazlar təsdiqləndi

Azərbaycanda Vətən müharibəsi qəhrəmanları ilə bağlı yeni imtiyazlar müəyyən edilir.

Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirəyə çıxarılıb.

Dəyişikliklər haqqında deputat Arzu Nağıyev məlumat verib. A.Nağıyev bildirib ki, Əmək Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, Vətən müharibəsi qəhrəmanlarına məzuniyyət verilməsi qaydası müəyyənləşir. Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Vətən müharibəsi qəhrəmanlarına məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək.

A.Nağıyev qeyd edib ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə Vətən müharibəsi qəhrəmanlarına vergi güzəştləri tətbiq ediləcək.