Kiyevin mərkəzində Nizami Gəncəvinin abidəsi ucaldılacaq


Kriminal 27 May 2021 16:28:00 82 0

Kiyevin mərkəzində Nizami Gəncəvinin abidəsi ucaldılacaq

Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzi hissəsində, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Nəbatat Bağında Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi ucaldılacaq.

Azərbaycanın Ukraynadakı səfirliyindən Son.az-a verilən məlumata görə, səfirlik ilə Taras Şevçenko adına Kiyev Milli Universiteti arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. Anlaşma Memorandumunu Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova və Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru, professor Vladimir Buqrov imzalayıblar.

İmzalanma mərasimində çıxış edən səfir Elmira Axundova bildirib ki, 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələrək Ukraynanın Xarkov və Kiyev şəhərlərində mütəfəkkirin heykəli ucaldılacaq.

"Universitetinizin Nəbatat Bağında Nizami Gəncəvinin abidəsinin ucaldılmasına verdiyiniz səmimi dəstəyə görə Sizə və rəhbər heyətinizə təşəkkür edirəm. Bu, bir daha Azərbaycan ilə Ukrayna arasında bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də strateji tərəfdaşlıq münasibətlərinin bariz nümunəsidir. Azərbaycan 44 günlük Vətən müharibəsində də Ukraynanın səmimi dəstəyinin şahidi oldu", - deyə səfir qeyd edib.

Elmira Axundova diqqətə çatdırıb ki, Nəbatat Bağında Nizami Gəncəvinin heykəlinin ətrafında təmir-bərpa işləri də həyata keçiriləcək. Bu işlər isə Ukrayna, Azərbaycan və Türkiyə İş Adamları və Sənayeçiləri Birliyi tərəfindən yerinə yetiriləcək. Heykəlin müəllifi Ukraynanın Xalq rəssamı, heykəltəraş soydaşımız Katib Məmmədovdur.

Rektor Vladimir Buqrov öz növbəsində qeyd edib ki, Nizami Gəncəvi kimi dahi mütəfəkkirin Kiyevdə heykəlinin ucaldılmasından məmnundur. Bu hadisə Ukrayna ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafına töhfə verəcək. "Ukraynada Azərbaycanın tanınmış simalarının abidələri olduğu kimi, Azərbaycanda da ölkəmizin tarixi şəxsiyyətlərinin heykəlləri mövcuddur. Bu praktikanı inkişaf etdirmək yalnız xoş təəssürat yaradır", - deyə rektor vurğulayıb.

Roza Zərgərli qalmaqal yaratdı like
  • 27 May 16:22  
Şou-biznes Roza Zərgərli qalmaqal yaratdı

"Biri sübut etsin ki, Roza Zərgərli deyib İlhamə Quliyevaya oxşayıra

arrow Ətraflı
Bu sahələrdə çalışanların qulluq illəri dövlət qulluğu stajına daxil ediləcək like
  • 27 May 16:18  
Digərləri Bu sahələrdə çalışanların qulluq illəri dövlət qulluğu stajına daxil ediləcək

Dövlət qulluğunun xüsusi növündə - prokurorluq, ədliyyə, müdafiə, fö

arrow Ətraflı
Milli Məclis büdcə layihəsini birinci oxunuşda təsdiq etdi like
  • 27 May 16:16  
Siyasət Milli Məclis büdcə layihəsini birinci oxunuşda təsdiq etdi

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası ilə bağ

arrow Ətraflı
Dünyanı qarışqarış gəzən azərbaycanlı səyyah like
  • 27 May 16:15  
Digərləri Dünyanı qarışqarış gəzən azərbaycanlı səyyah

Azərbaycanlı səyyah Mehrac Mahmudovun səfər etdiyi ölkə və ərazilərin

arrow Ətraflı
Vətən müharibəsi qəhrəmanları ilə bağlı yeni imtiyazlar təsdiqləndi like
  • 27 May 16:12  
Digərləri Vətən müharibəsi qəhrəmanları ilə bağlı yeni imtiyazlar təsdiqləndi

Azərbaycanda Vətən müharibəsi qəhrəmanları ilə bağlı yeni imtiyazlar

arrow Ətraflı
İcraçı direktor: "Məqsədimiz Azərbaycan mediasını güclü görməkdir" like
  • 27 May 16:10  
Digərləri İcraçı direktor: "Məqsədimiz Azərbaycan mediasını güclü görməkdir"

Son.az Azərtac-a istinadən Azərbaycan Respublikasının Medianın İnkişafı

arrow Ətraflı
Azərbaycanda həyata keçkirilən tədbirlər nəticəsində ölkədə iqtisadi tənəzzülün aktiv fazaya keçməsinin qarşısı alındı  Samir Şərifov like
  • 27 May 16:04  
Digərləri

Pandemiya əleyhinə Azərbaycanda həyata keçkirilən tədbirlər nəticəsind

arrow Ətraflı
Balıqçı gəmiləri belə hərəkət edəcək  qaydalar dəyişdi like
  • 27 May 16:00  
Digərləri Balıqçı gəmiləri belə hərəkət edəcək qaydalar dəyişdi

Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasın

arrow Ətraflı
Zaur Kamaldan Manafla bağlı etiraf: "Pul istədim, söylədi ki..." like
  • 27 May 15:58  
Şou-biznes Zaur Kamaldan Manafla bağlı etiraf: "Pul istədim, söylədi ki..."

Aparıcı Zaur Kamal müğənni Manaf Ağayevlə bağlı bir etiraf edib.

arrow Ətraflı
Mayın 31i 6 mindən çox sərnişinin regionlara səfəri gözlənilir like
  • 27 May 15:54  
Digərləri Mayın 31i 6 mindən çox sərnişinin regionlara səfəri gözlənilir

Mayın 31-i 6 mindən çox sərnişinin regionlara səfəri gözlənilir.

arrow Ətraflı
Azərbaycanlılar ABŞın 3 şəhərində Respublika Günü münasibətilə aksiya keçirib like
  • 27 May 15:52  
Dünya Azərbaycanlılar ABŞın 3 şəhərində Respublika Günü münasibətilə aksiya keçirib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika Azərbaycanlılar

arrow Ətraflı
Naxçıvana yerüstü sərnişindaşıma hələlik bərpa olunmayacaq  RƏSMİ like
  • 27 May 15:50  
Digərləri Naxçıvana yerüstü sərnişindaşıma hələlik bərpa olunmayacaq RƏSMİ

Naxçıvana yerüstü sərnişindaşıma hələlik bərpa olunmayacaq.

arrow Ətraflı
Avtobusla rayonlara gedənlərdən COVİD pasportu tələb ediləcək?  RƏSMİ CAVAB like
  • 27 May 15:46  
Digərləri Avtobusla rayonlara gedənlərdən COVİD pasportu tələb ediləcək? RƏSMİ CAVAB

Regionlar üzrə avtobuslarda hərəkət edəcək sərnişinlərdən COVİD pasp

arrow Ətraflı
Kəlbəcərdə hərbi yük maşınımız minaya düşdü  FOTO like
  • 27 May 15:44  
Digərləri Kəlbəcərdə hərbi yük maşınımız minaya düşdü FOTO

Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan Müdafi

arrow Ətraflı
Məscidlərdə cümə namazı belə qılınacaq  Yeni Qayda like
  • 27 May 15:40  
Digərləri Məscidlərdə cümə namazı belə qılınacaq Yeni Qayda

"İki ilə yaxındır ki, məscidlər pandemiya səbəbindən bağlıdır.

arrow Ətraflı