Azərbaycanda həyata keçkirilən tədbirlər nəticəsində ölkədə iqtisadi tənəzzülün aktiv fazaya keçməsinin qarşısı alındı Samir Şərifov


Digərləri 27 May 2021 16:04:00 142 0

Azərbaycanda həyata keçkirilən tədbirlər nəticəsində ölkədə iqtisadi tənəzzülün aktiv fazaya keçməsinin qarşısı alındı  Samir Şərifov

Pandemiya əleyhinə Azərbaycanda həyata keçkirilən tədbirlər nəticəsində ölkədə iqtisadi tənəzzülün aktiv fazaya keçməsinin qarşısı alındı.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən iclasında 2020-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, 2020-ci ildə ölkə iqtisadiyatına ağır fəsadlara baxmayaraq, ölkəmizin kredit reytinqi yüksəlib.

S.Şərifov deyib ki, koronavirus pandemiyası ilə mübarizə məqsədilə ötən il 1 milyard 970 milyon manat vəsait sərf olunub.

Onun sözlərinə görə, bu xərclər zəruri tibbi avadanlıqların, dərman vasitələrinin alınmasına, çarpayı fondunun artırılmasına, karantin nəzarətinə alınan şəxslərin dəstəklənməsinə, modul tipli xəstəxanalarının əlavə korpuslarının saxlanılması və digər xərclərə yönəldilib.

Nazir əlavə edib ki, sahibkarlıq subyektlərinə dəstək məqsədilə 813 milyon manat vəsait ayrılıb. O qeyd edib ki, sosial tədbirlər üçün isə 505 milyon manat vəsait ayrılıb. Azərbaycan eyni zamanda koronavirusla mübarizədə beynəlxaıq tədbirlər həyata keçirib, beynəlxalq təşkilatlara və bir sıra ölkələrə 39 milyon manat bəbləğində maddi və humanitar yardım göstərib.