Nigeriyada gəmi çevrilib, çox sayda insan itkin düşüb


Dünya 26 May 2021 21:59:00 135 0

Nigeriyada gəmi çevrilib, çox sayda insan itkin düşüb

Nigeriyada göyərtəsində 160 nəfər olan gəmi çevrilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, gəminin çevrilməsi nəticəsində 1 nəfər həlak olub.

Məlumata əsasən, hazırkı dövrədək 22 nəfəri xilas etmək mümkün olub, təxminən 140 nəfərin axtarışları davam etdirilir.

Qeyd edilir ki, gəminin göyərtəsində 160 nəfərin olmasına baxmayaraq, gəmi 80 sərnişin üçün nəzərdə tutulubmuş.