ÜST: Koronavirusun B.1.617.2 mutasiyası dünyanın 53 ölkə və regionunda yayılıb


Dünya 26 May 2021 22:04:00 134 0

ÜST: Koronavirusun B.1.617.2 mutasiyası dünyanın 53 ölkə və regionunda yayılıb

Koronavirusun ilk dəfə Hindistanda aşkarlanan B.1.617.2 mutasiyası dünyanın artıq 53 ölkə və regionunda yayılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayıb. Bildirilir ki, qeyri-rəsmi məlumatlara görə bu mutasiyaya daha yeddi regionda yoluxma hallarına dair məlumatlar mövcuddur.

B.1.617.2 mutasiyası ÜST tərəfindən "narahatlıq doğuran variant" kimi qiymətləndirilir və indiyədək aşkar edilən mutasiyalar içərisində ən yoluxucu variant kimi dəyərləndirilir. Yoluxuculuq qabiliyyətinin xəstəliyin gedişatına hansı səviyyədə təsir göstərməsi isə hələ araşdırılır.

Hazırda B.1.617.2 mutasiyası dini və siyasi kütləvi tədbirlər səbəbindən Hindistanda sürətlə yayılmaqdadır və ölkənin səhiyyə sistemində ciddi yüklənməyə səbəb olub.