İtaliyada 3D formasında ekoloji cəhətdən təmiz ev tikilib


Digərləri 26 May 2021 21:54:00 167 0

İtaliyada 3D formasında ekoloji cəhətdən təmiz ev tikilib

İtalyanın 3D printerlərin istehsalı ilə məşğul olan "WASP" şirkəti "Mario Cucinella Architects" memarlıq bürosu ilə birgə bu yaxınlarda gildən, sudan, düyü qabığından 3D formasında ev təqdim edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qeyri-adi günbəzli ev Boloniya şəhəri yaxınlığındakı kiçik Massa Lombarda qəsəbəsində cəmi 200 saata çap olunub.

"TECLA" adlanan ev qabaqcıl texnologiya əsasında təkrar istifadə edilə bilən təbii materiallardan hazırlanıb. Bununla da, ətraf mühitə davamlı və ekoloji cəhətdən təmiz bir mənzil modeli konsepsiyası təqdim olunub.