Ekspertlər pandemiyanın AFR iqtisadiyyatına vurduğu ziyanı qiymətləndiriblər


Dünya 26 May 2021 21:35:00 125 0

Ekspertlər pandemiyanın AFR iqtisadiyyatına vurduğu ziyanı qiymətləndiriblər

Ekspertlərin hesablamalarına görə, ehtiyatsızlıq üzündən yenilmiş bir yarasa Almaniya iqtisadiyyatına 330 milyard avro ziyan vurub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu rəqəm Almaniyanın aparıcı kütləvi informasiya vasitələrində dərc edilib. İl yarımdır davam edən pandemiya nəticəsində Almaniyanın ümumi daxili məhsulunun dəyəri üçdəbir trilyon avro qədər azalıb. Mütəxəssislər hesab edirlər ki, koronavirus pandemiyası nəticəsində yaranmış tənəzzüldən sonra Almaniya iqtisadiyyatının dirçəlməsi üçün uzun illər lazım gələcək.

Bu ölkənin məruz qaldığı itkiləri tarazlamaq və makroiqtisadi struktur əyintilərini aradan qaldırmaq üçün bütün səylərini birləşdirməli olacaq.