Tanınmış model peyvənddən sonra vəfat etdi Araşdırma başladı


Şou-biznes 26 May 2021 13:14:00 166 0

Tanınmış model peyvənddən sonra vəfat etdi  Araşdırma başladı

Koronvirus peyvəndi olunan ingilis model Stefaniye Dubois AstraZeneca peyvəndi olunduqdan sonra vəfat edib.

Son.az haberler.com-a istinadən xəbər verir ki, model peyvənddən sonra "özümü çox pis edirəm, mənim üçün pizza və yataq" ifadələrini işlətmişdi. 39 yaşlı modelin peyvənddən sonra ölməsi yenə bu peyvəndlə bağlı müzakirələri artırıb.

Medianın yazdığına görə, xəstəxanaya çatdırılan modelin halı pisləşib. Komaya düşərək vəfat edib. İngilis modelin şübhəli ölümünün Avropa Dərman Agentliyi tərəfindən araşdırılacağı açıqlanıb.   Kamran Seyidov Son.az