Səudiyyə Ərəbistanı və Rusiya yeni plan təsdiqlədilər


Dünya 26 May 2021 09:15:00 160 0

Səudiyyə Ərəbistanı və Rusiya yeni plan təsdiqlədilər

Səudiyyə Ərəbistanı və Rusiya elmi, texniki və iqtisadi əməkdaşlığın inkişafı üzrə yol xəritəsinin ikinci mərhələsi barədə razılığa gəliblər.

Trend TASS-a istinadən xəbər verir ki, sənəd 25 may tarixində videokonfransla keçirilən hökumətlərarası komissiyanın yeddinci iclasının nəticələri üzrə qəbul edilib.

Qəbul edilən sənəd 60 müxtəlif əməkdaşlıq sahəsi üzrə 50-dən çox layihəni əhatə edir ki, bu da 2023-cü ilə qədər davam edəcək yol xəritəsinin icrasının hazırkı mərhələsində mövcud olan proqramların sayını üç dəfə artırır. Əldə edilən razılaşma, 14 oktyabr 2019-cu il tarixində qəbul edilən yüksək səviyyəli Rusiya-Səudiyyə strateji əməkdaşlıq proqramının icrası çərçivəsində həyata keçiriləcək.

Görüşdə tərəflər səhiyyə, enerji, kosmik, sənaye və turizm daxil olmaqla 11 fərqli sahədə əlaqələrin inkişafını müzakirə ediblər.