ÇAXNAŞMA YAŞANIR: Baş nazir, nazirlər, məmurlar girov götürüldü


Dünya 25 May 2021 10:59:00 160 0

ÇAXNAŞMA YAŞANIR: Baş nazir, nazirlər, məmurlar girov götürüldü

Mali prezidenti Ba Ndau, Baş nazir Moktar Ovane, Müdafiə naziri Süleymani Doukure və digər yüksək rütbəli rəsmilər hərbçilər tərəfindən həbs edilib.

Son.az Metbuat.az-a istinadən xəbər verir ki, girov kimi saxlanılan rəsmilər hərbi bazaya aparılıb. Məlumata görə, prezidentin xüsusi qvardiyası dövlət başçısını müdafiə etməkdən imtina edib. BMT üsyançı hərbçilərə müraciət edərək, rəsmilərin dərhal sərbəst buraxılmasını tələb etdi.

Qeyd edək ki, mayın 14-də keçid hökuməti istefa vermiş, prezident yeni hökumət formalaşdırmağı baş nazir Moktaru Uanuya həvalə etmişdi.