Azərbaycanda professorun gənc qızı qəfil vəfat etdi


Digərləri 25 May 2021 10:37:00 157 0

Azərbaycanda professorun gənc qızı qəfil vəfat etdi

Azərbaycanda professorun qızı Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və immunologiya kafedrasının əməkdaşı, professor Nigar Ağayevanın qızı dünyasını dəyişib.

Son.az bildirir ki, "Ölkə.az"ın əldə etdiyi məlumata görə, professorun qızı Şəms Xudiyeva uzun müddətdir ürəyində yaranmış problemdən əziyyət çəkirmiş.

23 yaşlı Ş.Xudiyeva ürəyindən əməliyyat olunmuşdu.

Qeyd edək ki, Ş.Xudiyevanın atası İlham Xudiyev Ədliyyə Nazirliyinin Məhkəmə-ekspertiza Mərkəzində çalışır.

Allah rəhmət eləsin!