İştirakçıdan Avroviziyadakı qələbələrinə reaksiya


Digərləri 23 May 2021 11:54:00 193 0

İştirakçıdan Avroviziyadakı qələbələrinə reaksiya

İtaliyanın "Maneskin" qrupunun üzvü Damiano David "Avroviziya-2021"dəki qalibiyyətlərini inanılmaz adlandırıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, müsabiqədən sonra keçirilən mətbuat konfransında bildirib.

"Bu, inanılmazdır", - qrupun vokalçısı deyib.

Qrupun digər solisti Viktoriyanın sözlərinə görə, nəticə göstərdi ki, insanlar onların mahnısını bəyənib. "Bu, bizim üçün ən vacibidir", - o qeyd edib.

Musiqiçilər öz yaradıcılıq planları ilə bölüşüblər. Qrup bu ilin sonunadək işıq üzü görəcək yeni studiya albomu hazırlayır, həmçinin dekabrda qastrola yollanacaq.

Qeyd edək ki, İtaliya təmsilçilərinin "Zitti e buoni" mahnısı səsvermə zamanı ən çox xal (524) toplayan ifa olub. 

"Maneskin" rok qrupunun tərkibinə vokalist Damiano David, bas gitaraçı Viktoriya De Anjelis, gitaraçı Tomas Rac və təbilçi İtan Torkio daxildir.

İtailya sonuncu dəfə 1990-cı ildə "Avroviziya"da qalib gəlib. Bu, ölkənin ümumilikdə üçüncü qalibiyyətidir.