Salyanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb


Digərləri 23 May 2021 10:41:00 151 0

Salyanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Salyan rayonunun Qarabağlı kəndində avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

Son.az APA-ya istinadən bildirir ki, mayın 21-də Salyan rayonunun Qarabağlı kəndində "Mercedes" markalı avtomobilin vurduğu kənd sakini, 1979-cu il təvəllüdlü Vəliyev Azad Əlisahib oğlu ağır kəllə-beyin travması alaraq Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq 42 yaşlı yaralını xilas etmək mümkün olmayıb.

O, aldığı ağır xəsarətlərdən reanimasiya şöbəsində bu gün saat 9.00-da vəfat edib.