Lava axını hava limanına çatdı Qoma şəhəri təxliyə olunur


Dünya 23 May 2021 10:21:00 147 0

Lava axını hava limanına çatdı  Qoma şəhəri təxliyə olunur

Konqo Demokratik Respublikasının səlahiyyətliləri şənbə günü başlayan Nyiraqonqo vulkanının püskürməsi səbəbindən Qoma şəhərinin əhalisini təxliyə edirlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, Qoma şəhəri ölkənin şərq hissəsində, Ruanda ilə sərhəddə yerləşir və təxminən 2 milyon əhalisi var.

Vulkandan gələn lava axınının artıq şərq şəhərinin hava limanına çatdığı bildirilir.

Avropada olan ölkə prezidenti Feliks Çisekedi mövcud vəziyyətə görə səfərini dayandırıb və geri dönüb.