Polşa Türkiyədən 24 hücum PUA alacaq


Dünya 23 May 2021 07:22:00 147 0

Polşa Türkiyədən 24 hücum PUA alacaq

Polşa Türkiyədən 24 hücum pilotsuz uçuş aparatını (PUA) almaq niyyətindədir.

Trend-in "Anadolu"ya istinadən verdiyi məlumata görə, bu barədə Polşanın Milli Müdafiə naziri Mariuş Blaşak "24 radio"nun efirində bildirib.

Nazir bildirib ki, Polşanın arsenalında oxşar silah növü heç vaxt olmayıb: "PUA-ların alınması ilə bağlı danışıqlar başa çatıb".

Polşa Müdafiə naziri əlavə edib ki, Türkiyə PUA-larının tədarükü barədə müqavilə mayın 24-də ölkə prezidenti Andjey Dudanın Türkiyəyə rəsmi səfəri zamanı imzalanacaq.