Günün qoroskopu: Güzəşt yollarını arayın


Digərləri 23 May 2021 00:01:00 210 0

Günün qoroskopu: Güzəşt yollarını arayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - hamının yararlandığı metodlardan istifadə etməyin. Öz strategiyanızı hazırlayıb reallaşdırmağa başlasanız, uğura nail ola bilərsiniz. Yaradıcılıq potensialınızı gerçəkləşdirin. Yaxın ətrafınızdakı insanların güman etmədikləri bacarıqlarınızı nümayiş etdirin. Bütün problemləri asnalıqla həll edəcəyinizi düşünməyin.

Günün ikinci yarısında bəzi çətinlikləri çözmək üçün baş sındırmalı olacaqsınız.

Yaşlı qohumlarla ixtilaflar ola bilər. Sizi tənqid edirlər. Sakit, səbrli və soyuqqanlı olun. İradlara sərt reaksiya verməyin.

Axşam saatlarında səhhətinizdə heç bir problem olmayacaq. Zərərli vərdişlərə uymayın.

Buğa - maraqlı işə başlamaq zamanıdır. Yardımçılar, tərəfdaşlar və həmfikirlər sizə yardım edəcəklər. Səfər və uzaqdan gəlmiş insanlarla görüş üçün əlverişli gündür. İstənilən formada mühüm məsələləri müzakirə etmək olar. Münaqişə yaranmayacaq, problemin həll yolu tapılacaq.

Günün ikinci yarısı interyer əşyaları, yaşam arealı üçün gərəkli predmetlər almaq olar.

Maliyyə fonu yaxşılaşacaq. Əhəmiyyətli məbləğdə gəlir əldə edə bilərsiniz. Şəxsi münasibətlərdə irəliləyişlər olacaq. Təşəbbüskar olun, sevdiyiniz insanı sevindiriməyə çalışın.

Əkizlər - gün çoxsaylı sürprizlər vəd edir. O yeniliklərin əksəriyyəti pis olmayacaq. Yaxın ətrafınızdakı insanların yardımlarından istifadə edərək çoxdankı planlarınızdan birini reallaşdıra bilərsiniz. Liderlik məziyyətlərinizi və təşkilatçılıq bacarıqlarınızı nümayiş etdirin.

Günün ikinci yarısında təmasları bir qədər məhdudlaşdırın, gərəksiz həyəcan və gərginlikdən qurtulun. Yalnız rəğbət bəslədiyiniz insanlarla görüşün, onlarla təmasda olun. Qəfil etiraflar, açıqlamalar ola bilər.

Şəxsi münasibətlərdə köklü dəyişikliklər zamanıdır.

Xərçəng - günün ilk yarısı çox mürəkkəb zamandır. Birmənalı olmayan situasiyalar formalaşacaq. Bütün problemləri eyni vaxtda həll etməyi ağlınıza belə, gətirməyin. Yaxın bildiyiniz insanlardan biri ilə bağlı xoşagəlməz xəbər alacaqsınız. Yaşlı qohumlarla ünsiyyət zamanı fikir ayrılıqları istisna deyil.

Günün ikinci yarısında ailə büdcəsi və ya əmlakla bağlı mübahisə yarana bilər.

Şəxsi həyatınızda nəyisə dəyişməyin vaxtı çatıb. İlk addımı atın. Bəzi vərdişlərdən əl çəkin, daha münasib gün rejiminə keçin. Bəziləri bütün bunları kiçik addımlar saysa da, bildiyinizi edin.

Şir - qaydaları pozmağa, daşlaşmış stereotiplərdən kənara çıxmağa dəyər. İntuisiyanız sizə dürüst yolu göstərəcək. Tərəfdaş və dostlardan birinin maraqlı ideyaları ola bilər. Həmin ideyanın reallaşdırılmasında yardımçı olsanız, uduzmazsınız. Yeni əməkdaşlığa başlamaq, tərəfdaşlığı davam etdirmək üçün münasib zamandır.

Mövqelərinizi paylaşmayan insanlarla da səyləri birləşdirmək olar.

Günün ikinci yarısında işlərdə çətinliklər yarana bilər. Bəzi problemlərin həlli xərc və məsrəf tələb edir. Yeni işə təkbaşına başlamayın. Formalaşan situasiyada yaranan məqamları dərhal dəyərləndirməyə can atın. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq.

Qız - bu günə nə planlaşdırmağınızdan asılı olmayaraq yeniliklərə və dəyişikliklərə hazır olun. Gözlənilməz situasiyalar az olmayacaq. Səbrsiz, tələsik davranmayın. Əlverişli anı gözləyin, vaxtından əvvəl hərəkət etməyin. Əks təqdirdə ciddi çətinliklərlə qarşılaşacaqsınız.

Günün ikinci yarısında bir qədər durun, ətrafa nəzər salın, mövcud situasiyanı dəyərləndirin.

Yaxın ətrafınızdakı insanları anlamağa çalışın. Onların hisslərini, istəklərini, niyyətlərini təhlil edin. Problemlərinizi özünüz həll edin, başqalarından yardım istəməyin.

Tərəzi - yaxın ətrafınızdakı insanlar sizi astagəllik, süstlük, sürətlə və aktiv hərəkət edərək qərarları vaxtında vermək hissindən xali olmaları ilə qıcıqlandıracaqlar. İzafi söhbətlər, mənasız müzakirələr sizi usandıracaq. Mühüm və təcili işlə məşğul olmaq fikriniz varsa, kimsədən yardım istəməyin, dəstək gözləməyin. Müstəqil hərəkət edin.