Qlobal noutbuk satışı 18 faiz artıb


Digərləri 22 May 2021 23:55:00 146 0

Qlobal noutbuk satışı 18 faiz artıb

Dünya noutbuklar bazarında artım koronavirus pandemiyası fonunda davam edir. "Strategy Analytics" şirkətinin məlumatına görə, 2021-ci ilin birinci rübündə dünyada 68,2 milyon noutbuk satılıb ki, bu da ötən ilin birinci rübündən 81 faiz (37,8 milyon noutbuk) çoxdur.

Son.az ictnews.az-a istinadən bildirir ki, analitiklərin sözlərinə görə, noutbuklara tələbat yüksək olaraq qalır, çünki əksər insanlar pandemiya səbəbindən distant işləyir və təhsil alır və yeni qurğulara ehtiyac duyur. Bununla yanaşı, dünyada müxtəlif qurğuların çatışmazlığına və qiymətlərin bahalaşmasına səbəb olan prosessor defisiti hələ ki noutbuklar bazarına təsir göstərməyib.

İstehsalçılar arasında bazarda lider birinci rübdə satış həcmi 23,9 faiz (16,3 milyon qurğu) təşkil edən "Lenovo" şirkətidir. İlk beşliyə, həmçinin "HP" (22,6 faiz, 15,4 milyon noutbuk), "Dell" (14,6 faiz, 10 milyon qurğu), "Apple" (8,4 faiz, 5,7 milyon qurğu) və "Acer" (7,2 faiz, 4,9 milyon qurğu) daxildir.

Beş ən böyük istehsalçının dünya bazarında ümumi payı 76,8 faizə bərabər olub.