Qırışlar üçün maska


Digərləri 22 May 2021 17:49:00 177 0

Qırışlar üçün maska

Üzdə qırışların yaranması insanın yaşını büruzə verən əlamətlərdəndir. Bu hal əhvalınızı pozursa, qırışlar üçün maska hazırlayıb, dərinin qocalma prosesini ləngidə bilərsiniz.

Son.az Axşam.az-a istinadən ev şəraitində asanlıqla hazırlanan maskanı təqdim edir.

Bir stəkan gül suyuna 2 xörək qaşığı heyva çəyirdəyi və 1 xörək qaşığı xırdalanmış şirin biyan kökü əlavə edilir. 24 saat saxladıqdan sonra süzüb, 1 çay qaşığı buğda toxumu yağı ilə qarışdırılır. Təmiz dəriyə masaj edilərək çəkilir. Yarım saatdan sonra ilıq su ilə yuyulur.

Son.az