Çinin kosmik aparatı Marsın səthində tədqiqatlara başlayıb


Dünya 22 May 2021 17:52:00 134 0

Çinin kosmik aparatı Marsın səthində tədqiqatlara başlayıb

Çinin "Çjujun" kosmik aparatı Mars planetinin səthində tədqiqatlara başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, Çinin Kosmik Elm və Texnika Korporasiyasının istehsal etdiyi aparat bu gün səhər saatlarında işə başlayıb.

"Çjujun" mayın 15-də "Tyanven-1" kosmik gəmisinin tərkibindən ayrılaraq Marsın səthinə uğurlu eniş etmişdi.

Missiyanın məqsədi Marsda mümkün həyat əlamətlərini tapmaq və insan üçün həyat şəraitinin yaranmasının mümkünlüyünü araşdırmaqdır.