İki dəfə evləndi, övladlarının sayını gizlədi, qızlarına verdiyi sözü tutmadı


Kriminal 22 May 2021 18:00:00 88 0

İki dəfə evləndi, övladlarının sayını gizlədi, qızlarına verdiyi sözü tutmadı

Son.az Kulis.az-a istinadən müğənni Rüfət Mehdiyev haqqında maraqlı faktları təqdim edir.

Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 1976-1986-cı illərdə 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində təhsil alıb. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsinə daxil olub.

***

Universiteti başa vurandan sonra isə musiqi ilə məşğul olmağa başlayıb. 1992-ci ildən müğənnilik edib. "Space" Televiziyasında hazırlanmış "Qış nağılı" və "Baharın nağılı" film-verilişlərində çəkilib.

Müğənni kimi "Darıxırdım", "Druziya", "Gedirəm", "Getdin", "İl keçdi", "Yandırdı, yaxdı məni" mahnıları ilə geniş dinləyici auditoriyası qazanıb.

***

Rüfət Mehdiyev iki dəfə ailə həyatı qurub. 90-cı illərin əvvəllərində toylarda sintezator ifaçısı kimi çıxış edən müğənni həmin toyların birində gələcək həyat yoldaşı ilə tanış olub. Və onlar ailə qurublar. 1993-cü ildə onun Zemfira adlı bir qızı, sonra daha bir qızı dünyaya gəlib.

***

İlk ailə həyatı uğurlu olmayan müğənni sonralar ikinci dəfə Fərqanə adlı xanımla evlənib. Bu evlilikdən isə onun Sabir adlı oğlu, Aynil adlı qızı olub. İkinci ailəsi ilə yanaşı müğənni ilk ailəsinə də baxır, qızları ilə hər gün əlaqə saxlayırmış.

Ancaq qəribədir ki, verilişlərdə o, iki övladı olduğunu deyirmiş.

***

Qızı Zemfiranın musiqiyə hədsiz həvəsi olsa da, atası buna mane olub. Tez-tez əlinə daraq alıb evdə müxtəlif musiqilər səsləndirən, özünü Aygün Kazımovaya bənzədən qızına bu fikirdən uzaq olmasını, yaxşı oxuyub ali məktəbə girməsini tövsiyə edib.

***

Qızı Zemfira müsahibələrinin birində xatırlayır: "Bacım da eyni ilə mənim kimi müğənni olmaq istəyirdi. O, müğənniliyə məndən daha çox həvəs göstərib. Amma ikimiz də uşaq vaxtı xəyalını qurduğumuz peşələri seçmədik. Mən dizayner oldum, bacım isə tibb sahəsində çalışır. Amma təəssüf ki, atam bizim universitetə qəbul olmağımızı görə bilmədi. Mən 11-ci sinifdə oxuyanda o vəfat etdi".

***

Qızı Zemfiranın sözlərinə görə 2018-ci ildə onun toy mərasimində atasının yaxın dostları olan sənət adamlarından Elariz Məmmədoğlu, Eyyub Yaqubov, Lalə Məmmədova, Ədalət Şükürov, Natəvan Həbibi, Səməd Səmədov, "Bu şəhərdə"nin kollektivi, Faytonçu Nazim, Ceyhun Bakinski təmənnasız iştirak ediblər.

Rüfət Mehdiyev həmkarı Elariz Məmmədovla çox yaxın dost olub. Elariz bəyin qızının toyuna dəvət olunan Rüfət toydan sonra pul götürməyib, hətta ona pul təklif etdiyinə görə Elarizdən inciyib.

***

Müğənninin yaxınları onun çox ürəyiyumuşaq, qayğıkeş, gülərüz insan olduğunu qeyd edirlər. Dostu Elnur Quliyev müsahibələrinin birində deyir:

"Bilirdik ki, Rüfətin problemləri var. Amma heç birimizlə bunu bölüşmürdü. Hər şeyi ürəyinə salan adam idi. Nə qədər soruşsaq da, heç nə olmayıb deyərdi, amma əhvalından bilirdik ki, yaxşı deyil. Rasim adlı dostumuz var, ən çox onunla dərdləşərdi. Mən həmişə istəyirdim ki, ona kömək olum. Çünki Rüfətin mənə çox yaxşılığı dəyib. Məni tez-tez radiolara aparırdı, mahnılarımı təqdim edirdi. Bir neçə dəfə onunla televiziyalarda da olmuşam. Rüfətin hansısa problemləri vardı, bunu ürəyinə salırdı."

Günlərin birində Rüfət Mehdiyev qızlarına deyir ki, hazırlaşsınlar, ertəsi gün onları şəhərə gəzməyə çıxaracaq. Lakin, bu sözləri deyəndən bir neçə saat sonra Rüfət Mehdiyev 2011-ci il fevralın 11-də gecə saat 3-də rusların "Komedi Klab" verilişinə baxıb güldüyü yerdə qəfil insult keçirir və 41 yaşında dünyasını dəyişir. O, Nizami rayon qəbiristanlığında dəfn edilir.

***

Anası da 31 yaşında eyni səbəbdən dünyasını dəyişib.

***

Müğənninin ikinci həyat yoldaşı Fərqanə xanımın sözlərinə görə o, ölümündən bir həftə əvvəl gecə yuxudan oyanıb mətbəxə keçib bir şeir yazır və bu şeirə musiqi bəstələyir, lakin həmin bəstəni lentə almır. Ölümündən sonra ailəsi həmin şeiri tapsa da, musiqini özü ilə aparır.

Çinin kosmik aparatı Marsın səthində tədqiqatlara başlayıb like
  • 22 May 17:52  
Dünya Çinin kosmik aparatı Marsın səthində tədqiqatlara başlayıb

Çinin "Çjujun" kosmik aparatı Mars planetinin səthində tədqiqatl

arrow Ətraflı
Azərbaycan Ordusunda hərbi beşnövçülük yarışları keçirilib like
  • 22 May 17:50  
Digərləri Azərbaycan Ordusunda hərbi beşnövçülük yarışları keçirilib

Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçular arasında hə

arrow Ətraflı
Qırışlar üçün maska like
  • 22 May 17:49  
Digərləri Qırışlar üçün maska

Üzdə qırışların yaranması insanın yaşını büruzə verən əlamətlər

arrow Ətraflı
Masallıda velosipedçi yol qəzasında ölüb like
  • 22 May 17:37  
Digərləri Masallıda velosipedçi yol qəzasında ölüb

Masallıda velosiped sürücüsü yol qəzasında ölüb.

arrow Ətraflı
Niyə yaşlandıqca görmə qabiliyyəti pisləşir? like
  • 22 May 17:30  
Digərləri Niyə yaşlandıqca görmə qabiliyyəti pisləşir?

https://lent.az/xeber/saglig/niye-yaslandiqca-gorme-qabiliyyeti-pislesir-399836

arrow Ətraflı
Avropada işçi qüvvəsi çatışmır like
  • 22 May 17:25  
Dünya Avropada işçi qüvvəsi çatışmır

Avropa ölkələri ixtisaslı işçi qüvvəsi çatışmazlığı ilə qarşıla

arrow Ətraflı
Baş məşqçinin 22 yaşlı ukraynalı sevgilisi like
  • 22 May 17:07  
Digərləri Baş məşqçinin 22 yaşlı ukraynalı sevgilisi

Son Türkiyə çempionu "Beşiktaş"ın baş məşqçisi Sərgən Yal

arrow Ətraflı
Cəbrayılın Maşanlı kəndi like
  • 22 May 16:54  
Digərləri Cəbrayılın Maşanlı kəndi

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Maşanlı kəndindən videogörüntül

arrow Ətraflı
Amerikada yaşayan məşhur aparıcımız like
  • 22 May 16:52  
Şou-biznes Amerikada yaşayan məşhur aparıcımız

Amerikada yaşayan keçmiş aparıcı Günel Hümbətova sosial media hesabında

arrow Ətraflı
COVID19a qarşı YENİ PEYVƏND HAZIRLANDI: like
  • 22 May 16:45  
Dünya COVID19a qarşı YENİ PEYVƏND HAZIRLANDI:

Amerikalı alimlər koronavirus üçün universal bir dərman yaratdıqlarını

arrow Ətraflı
Azərbaycanda COVID19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb like
  • 22 May 16:38  
Digərləri Azərbaycanda COVID19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36758 vaksin vurulub

arrow Ətraflı
Könül Kərimovanın son halı görənləri heyrətləndirdi like
  • 22 May 16:37  
Şou-biznes Könül Kərimovanın son halı görənləri heyrətləndirdi

Müğənni Könül Kərimova növbəti İnstaqram paylaşımı ilə diqqət çə

arrow Ətraflı
Azərbaycanda son sutkada COVID19a yoluxanların sayı açıqlandı like
  • 22 May 16:36  
Digərləri Azərbaycanda son sutkada COVID19a yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 352 yeni yolu

arrow Ətraflı