Kondisionerin yarada biləcəyi fəsadlar


Digərləri 22 May 2021 15:45:00 156 0

Kondisionerin yarada biləcəyi fəsadlar

Yay aylarında qapalı şəraitdə kondisioner istifadəsi angina, tənəffüs sistemi və gözlərin xroniki xəstəlikləri, həmçinin allergiya və legionelloza səbəb ola bilər.

Son.az oxu.az-a istinadən bildirir ki, bunu rusiyalı həkim-epidemioloq Daria Tixonova bildirib.

Həkimin sözlərinə görə, cihazdan düzgün istifadə edilməməsi, dezinfeksiya olunmaması, havalandırma və kondisioner sistemlərinin vaxtında təmizlənməməsi də xəstələnməyə şərait yaradır.

Neqativ nəticələrin qarşısını almaq üçün gün boyu kondisioner olan otaqda qalmamaq və temperaturu 18 dərəcənin altında qoymamaq lazımdır. Avadanlıqların vaxtında təmizlənməsi də buna kömək edəcək.