Ölkəmizdə ağıllı subartezian quyularının sayı artırılacaq


Digərləri 22 May 2021 11:21:00 146 0

Ölkəmizdə ağıllı subartezian quyularının sayı artırılacaq

Əvvəllər əkinlərin suvarılması zaman elektrik enerjisi kəsilib yenidən veriləndə ya fermer, ya da idarənin işçiləri tərəfindən subartezian quyusu yenidən işə salınmalı idi. Bu da həm vaxt itkisinə səbəb olur, həm də əkin sahəsinin suvarılmasını ləngidirdi. Hazırda isə əkin sahələrinin suvarılması üçün ağıllı subartezian quyularından istifadə olunur. Su itkisinin qarşısını alan bu ağıllı quyuların sayı artırılacaq.  

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ölkəmizdə ağıllı subartezian quyularının sayı artırılacaq.

Hazırda Ağıllı subartezian quyuları 14 rayonu əhatə edir.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəsmisi Dilqəm Şərifov bildirib ki,  əvvəllər əkinlərin suvarılması zaman elektrik enerjisi kəsilib yenidən veriləndə ya fermer, yada idarənin işçiləri tərəfindən subartezian quyusu işə salınmalı idi. 2018-ci ildən bu günə kimi yeni qazılan  və istifadəyə verilən  quyuların bir çoxuda SCADA sistemi quraşdırılıb. 

Dilqəm Şərifov qeyd edib ki, bu il yeni qazılan bütün subartezian quyularında SCADA sisteminin tətbiq edilməsi nəzərdə tutulur.