"Mənə təcavüz etdi, hamilə qaldım"


Şou-biznes 21 May 2021 19:52:00 134 0

"Mənə təcavüz etdi, hamilə qaldım"

35 yaşlı Ledi Qaqa 19 yaşında yaşadığı təcavüzdən danışıb.

Son.az axsam.az-a istinadən xəbər verir ki, ifaçı musiqi prodüseri tərəfindən zorlanıb. Həmin hadisədən sonra Ledi Qaqa hamilə qaldığını söyləyib. Bu haqda ifaçı sənədli filmlərdən birində danışıb. 

"19 yaşında idim, qrupda çalışırdım. Prodüser dedi ki, soyun. Əvvəl etiraz etdim. Getmək istəyəndə, bütün səsyazılarımı siləcəyini dedi. Dayanmadı, üstümə hücum etdi və sonra yaşananları xatırlamıram. Ondan sonra əsəblərim korlandı, depressiyaya düşdüm. Hamilə qaldığımı öyrəndim. Valideynlərimin evində idi, həmin şəxs isə məni atmışdı. Bir neçə il sonra xəstəxanaya yerləşdirildim, əsəb müalicəsi aldım" deyə, Qaqa bildirib.

Müğənni həmin prodüserlə yenidən üz-üzə gəlməmək üçün adını açıqlamadığını bildirib.