Deputatdan bədbin açıqlama: Bakı metrosu əvvəlki qaydalarla işləməyəcək VİDEO


Digərləri 21 May 2021 19:46:00 130 0

Deputatdan bədbin açıqlama: Bakı metrosu əvvəlki qaydalarla işləməyəcək  VİDEO

Bakı metrosu əvvəlki qaydalarla fəaliyyət göstərməyəcək.

Son.az bildirir ki, bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında millət vəkili Soltan Məmmədov deyib. O bildirib ki, metroya daxil olan insanların sayının tənzimlənməsi ilə onun fəaliyyətinə icazə verilə bilər:

"Gündəlik 400 nəfərin yoluxması az rəqəm deyil. Bu o demək deyil ki, artıq virus yoxdur və qadağaları aradan qaldıra bilərik. Metrolarda havalandırma sistemi mərkəzləndirilmiş olur. Ona görə də epidemioloqlar qeyd edirlər ki, bu məkanda yoluxma riski var. Düşünürəm ki, insanların metroya daxil olma sayını tənzimləməklə onu idarə etmək olar. Sevindirici haldır ki, Operativ Qərargah bu məsələnin üzərində işləyir. Bakı Nəqliyyat Agentliyi də yenə bütün imkanlarından istifadə edir ki, yerüstü nəqliyyatı inkişaf etdirsin və sıxlıq aradan qaldırılsın. Çünki insanların metrolarda sıx toplanması xoşagəlməz hadisələrə gətirib çıxara bilər".