TRACECA gömrükdə elektron növbə sistemini işə salmağa planlaşdırır


Digərləri 21 May 2021 19:40:00 185 0

TRACECA gömrükdə elektron növbə sistemini işə salmağa planlaşdırır

TRACECA sərhəd (gömrük) məntəqələrində elektron növbə sistemi pilot layihəsini işə salmağı planlaşdırır.

Son.az bildirir ki, bunu Trend-ə TRACECA Hökumətlərarası komissiyasının daimi nümayəndəsi (milli katibi) Rüfət Bayramov deyib.

Onun sözlərinə görə, TRACECA üzv ölkələrə müvafiq təklifi verib:

"Biz, xüsusilə pandemiya şəraitində sərhədlərdə avtomobillərin sıxlığını görürük. Bununla əlaqədar sürücülər günlərlə gömrükdə qalmaqla çətinliklərlə üzləşir".