Yevlaxda avtomobil aşıb, xəsarət alan var


Digərləri 21 May 2021 17:46:00 126 0

Yevlaxda avtomobil aşıb, xəsarət alan var

Yevlaxda avtomobil aşıb.

Son.az bildirir ki, hadisə Yevlax-Bərdə avtomobil yolunda baş verib. İdarəetmədən çıxan "VAZ 2115" markalı minik maşını yol kənarına aşıb. Avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü rayon sakini Balaşlı Elmar Mobid oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.